Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan və Ankara arasında səhiyyə sahəsində mübadilə proqramı başlayacaq

Naxçıvan və Ankara arasında səhiyyə sahəsində mübadilə proqramı başlayacaq

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Qazi Universiteti ilə əməkdaşlığının konkret istiqamətləri, Qazi Xəstəxanası ilə mübadilə proqramının əhatə edəcəyi sahələr müəyyənləşdirilib.

Birinci 24 xəbər verir ki, yanvar ayından etibarən tibb bacısı mübadilə proqramı başlayacaq və ilk mərhələdə Naxçıvandan 40 tibb bacısı Ankarada təcrübə keçəcək, Ankaradan 40 tibb bacısı isə Naxçıvan səhiyyə sistemində işə başlayacaq, paralel olaraq Naxçıvanda tibb bacılarına təlim keçəcək. Həmçinin gələn ildən Ankara Qazi Universiteti ilə əməkdaşlığın həkimləri əhatə edən mərhələsi də başlayacaq. Mübadilə proqramları iştirakçıların müəyyən olunmuş vaxt bitdikdə dəyişdirilməsi prinsipi ilə 2 il ərzində fasiləsiz davam edəcək.

Bütün bunlar barədə Ankara Qazi Universitetinin professor heyətinin və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanın Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə Naxçıvana səfəri zamanı müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının detalları dəqiqləşdirib və konkret razılıq əldə olunub.

Heyət Naxçıvan şəhərindəki xəstəxanaları ziyarət edib və Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovla görüş keçirib. Görüşdə Samiq Sadıxov Qazi Universitetinin dəyərli professorlarını Naxçıvanda görməkdən çox məmnun olduğunu söyləyib. Samiq Sadıxov oktyabr ayında Qazi Universitetində rektor, professor Musa Yıldızla görüşdüyünü və görüşdə əməkdaşlıq haqqında bir sıra razılıq əldə olunduğunu xatırladıb. “Naxçıvana səfəriniz sayəsində yerində araşdırmalar aparıldı və əməkdaşlığımızın əhatə edəcəyi bütün istiqamətlər müəyyənləşdi”, – deyə bildirib.

Qazi Universiteti rektorunun köməkçisi, professor Fazlı Polat Naxçıvana səfərlərini Ankaradakı görüşlərin davamı kimi qiymətləndirib, birgə əməkdaşlığın Naxçıvan səhiyyəsi üçün mühüm irəliləyişlərə vəsilə olacağına əminliyini söyləyib.

admin

Related Posts