Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakı İlahiyyat Kolleci yaradıldı

Bakı İlahiyyat Kolleci yaradıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb.

Birinci24.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Kollecin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görmək və bu Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Həmçinin Kollecin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə zəruri tədbirləri görmək tapşırılıb.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət qeydiyyatına alındığı gündən Kollecin inzibati bina ilə təmin edilməsi məsələsinin həlli barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin”, – Qərarda deyilir.

Editor

Related Posts