Azərbaycanda karantin rejiminin müddəti yenə uzadıldı

Azərbaycanda karantin rejiminin müddəti yenə uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb.

Birinci24.com xəbər verir ki, bu barədə dekabrın 11-də Nazirlər Kabineti qərar verib.

Bildirilir ki, qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verilib. 

Bundan əvvəl karantin rejimi 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılmışdı.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır. 

Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya statusunun başa çatdığını elan edib. Bununla belə, Azərbaycan infeksiya ilə əlaqədar xüsusi karantin rejimini saxlamaqda davam edir.  

Editor

Related Posts