Norveçin “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin təmsilçilərindən olan “TİX” Andres Haukeland Bakıya gəlib.
Sözügedən yarışmanın Azərbaycan təmsilçisi Samirə Əfəndi onu paytaxtımızın gəzməli-görməli yerləri ilə yaxından tanış edib.
İkili Atəşgah məbədində, Şəhidlər Xiyabanında olub və Əbədi Məşəl abidəsini ziyarət ediblər.
S.Əfəndi həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Norveç təmsilçisi Andres Haukeland “Avroviziya” yarışması zamanı Samirəyə aşıq olub. Onların sevgili olduqları bildirilsə də, lakin Samirə qarşı tərəflə yalnız dost münasibətdə olduğunu açıqlayıb.