Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda daha bir uşaq qızılcadan ölüb

Azərbaycanda daha bir uşaq qızılcadan ölüb

Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb. Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.

Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub. O, ötən gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub. Qızılcadan vəziyyəti ağırlan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub.

Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.

Editor

Related Posts