Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hindistanda koronavirus geniş yayılıb, maska taxılması məcburi olub

Hindistanda koronavirus geniş yayılıb, maska taxılması məcburi olub

Hindistanın Karnataka ştatında koronavirusa yoluxma hallarının artması səbəbindən 60 yaşdan yuxarı insanlar üçün maskaların taxılması məcburi olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti Karnataka hökumətinin sərəncamına istinadən məlumat yayıb.

Qonşu Keralada COVID-19-a yoluxma hallarında artım, eləcə də koronavirusun “pirola” (BA.2.86) variantına yoluxma halları aşkar edildikdən sonra Karnataka rəhbərliyi bu kateqoriyadan olan vətəndaşlar üçün maska ​​taxmağı məcburi etmək qərarına gəlib.

Ötən həftə Keralada yoluxma hallarının sayı üç dəfə artıb və dekabrın 1-dən 17-dək 10 ölüm hadisəsi qeydə alınıb. Hazırda ştatda gündə 300-dən çox COVID-19 qeydə alınır.

admin

Related Posts