Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Liz Trass qışda istefa verə bilər: Yenə Boris Conson baş nazir olur?

Liz Trass qışda istefa verə bilər: Yenə Boris Conson baş nazir olur?

“Böyük Britaniyadakı siyasi və iqtisadi böhran kontekstində, çox güman ki, ölkənin hazırkı Baş naziri Liz Trass bu qış vəzifəsindən kənarlaşdırılacaq”.

Bu barədə rusiyalı politoloq Malek Dudakov şərh verib.

O bildirib ki, Trassın yerini ya onun seçki yarışındakı rəqibi, keçmiş maliyyə naziri Rişi Sunak, ya da qayıdacağına artıq eyham vuran keçmiş baş nazir Boris Conson tuta bilər.

İngiltərə Baş naziri Liz Trassın Böyük Britaniya əhalisi tərəfindən dəstək səviyyəsi rekord dərəcədə aşağı düşüb. Hazırda Trassa dəstək keçmiş baş nazir Boris Consonun istefa verdiyi vaxtdakı səviyyədən aşağıdır.

İctimai rəy sorğusunun nəticələrinə görə, Böyük Britaniyanın hər beş sakinindən yalnız biri (18 faiz) Trassın siyasətini dəstəkləyir. Sorğuda iştirak edənlərin 55 faizə qədəri isə birmənalı şəkildə əleyhinə çıxış edib.

Editor

Related Posts