Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Daha bir estetik qurbanı – Üzünə vurulan dolğu… – FOTO

Daha bir estetik qurbanı – Üzünə vurulan dolğu… – FOTO

“Kısmetse Olur” yarışması ilə tanınan Simge Nur Erkoç yanlış estetik qurbanı olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, çənə konturu olan Erkoçun üzündən vurulan maye axmağa başlayıb.

Yaşadıqlarına üsyan edən və həkimi məhkəməyə verən fenomen “Onun ən yüksək cəzanı almasını təmin edəcəm” deyib.

Fenomen tam açıqlamasında “Sən sadəcə qəpik-quruş verib, sosial şəbəkə hesablarını bağlatdıra bilərsən. Saxta sənədlərlə yüzlərlə insana, o cümlədən mənə bu dolğuları edib, onlarla insanın sağlamlığını təhlükəyə atdın. Hələ də bu prosedurları edirsən və bizi tanımadığını iddia edirsən! Bu saxtakarlığın hesabını sənə ödətdirəcəyik. Niyə insanları aldadırsan, niyə saxtakarlıq edirsən?

Mən məhkəməyə müraciət etmişdim, amma çox uzanıb, ona görə də sosial şəbəkələrdə bu barədə yazmışam. Mən haqqımı tələb edirəm. O həkimin ən ağır formada cəzalandırılmağını istəyirəm. Üç-dörd ay üzümdən irin axdı. Bu həkimdən əziyyət çəkən insanlar mənə müraciət etdilər. Biri 75 faiz görmə qabiliyyətini itirdi, birinin üzü pisləşdi. Bu cinayətkar bunları edir və heç bir şey olmamış kimi yaşamağa davam edir” deyib.

admin

Related Posts