Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Oskar” namizədlərinin siyahısı açıqlandı: “Barbie” filmi liderdir

“Oskar” namizədlərinin siyahısı açıqlandı: “Barbie” filmi liderdir

Kino Sənətləri və Elmləri Akademiyası on kateqoriya üzrə “Oskar” namizədlərinin qısa siyahısını açıqlayıb.

Bu barədə “Variety” məlumat yayıb. Namizədlərin sayına görə lider, bir çox tənqidçinin proqnozlaşdırdığı kimi, Qreta Qerviqin Marqo Robbi və Rayan Qoslinq ilə birlikdə çəkdiyi “Barbie” filmi olub. Nominasiyalarda ən çox adı çəkilən filmlər arasında “Çiçəkli Ayın qatilləri”, “Oppenheymer”, “Napoleon”, “Kasıb bədbəxt”, “Hörümçək-adam: Kainatlar toru” və digər filmlər də var. Ən yaxşı qısametrajlı bədii film adı uğrunda Ues Andersonun “Henri Şuqarın ecazkar hekayəsi” və Pedro Almodovarın “Qəribə həyat yolu” filmləri yarışacaq.

Beynəlxalq Film, Soundtrack, Mahnı, Qrim, Səs, Vizual Effektlər, Sənədli və Qısa Filmlər kateqoriyaları üzrə namizədlər də açıqlanıb. Namizədlərin tam siyahısı yanvarın 23-də mediaya təqdim olunacaq. “Oskar” mükafatlarının təqdimolunma mərasimi gələn il martın 10-da Dolby Teatrında keçiriləcək.

Ən yaxşı beynəlxalq film adı uğrunda 15 film mübarizə aparır: alman rejissoru Vim Vendersin “Mükəmməl günlər”, meksikalı rejissor Lila Avilesin “Totem”, ispan rejissoru Xuan Antonio Bayonanın “Qar cəmiyyəti”, britaniyalı rejissor Conatan Qleyzerin “Maraq zonası”, ukraynalı rejissor Mstislav Çernovun “Mariupolda 20 gün” filmi və.s. Siyahıya Türkiyə, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Tunis və Mərakeş filmləri də daxildir.

“Ən yaxşı musiqi” kateqoriyası uğrunda isə “Barbie”, “Oppenheimer”, “Oğlan və quş”, “İndiana Cons və taleyin çarxı”, “Hörümçək-adam: Kainatların şəbəkəsi” və digərləri mübarizə aparacaq.

Editor

Related Posts