Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Muxtariyyətin 100-cü ildönümünə həsr olunmuş beynəlxalq reytinqli turnir keçiriləcək

Muxtariyyətin 100-cü ildönümünə həsr olunmuş beynəlxalq reytinqli turnir keçiriləcək

Birinci24 informasiya agentliyi xəbər verir ki,sabah Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq reytinqli şahmat turnirə start veriləcək. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil olan yarışa 60-dan çox şahmatçı qeydiyyatdan keçib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Şahmat Federasiyasının birgə təşkil etdiyi yarışın ilk turuna sabah 15:00-da start veriləcək. Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim, qadınlardan ibarət milli komandamızın baş məşqçisi Fikrət Sideifzadədir.

İlk üç yerin sahibləri və müxtəlif nominasiyaların qaliblərinə diplom və pul mükafatı təqdim olunacaq. Yekun nəticələr beynəlxalq reytinq hesablamaları üçün FIDE-yə göndəriləcək.

admin

Related Posts