Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Greencard Azerbaijan” şirkətinin rəhbəri olduğu deyilən şəxs saxlanıldı – Rəsmi

“Greencard Azerbaijan” şirkətinin rəhbəri olduğu deyilən şəxs saxlanıldı – Rəsmi

“Xarici ölkələrə viza düzəltmək adı ilə vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Piriyev Rüfət polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb”.

Bu barədə Birinci24.com-un sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən cavab verilib.

Bildirilib ki, qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Rüfət Piriyevin “Greencard Azerbaijan” şirkətinin rəhbəri olduğu deyilir.

Editor

Related Posts