Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda daha bir mühüm layihə: Arazdan Heydər Əliyev su anbarına su veriləcək

Naxçıvanda daha bir mühüm layihə: Arazdan Heydər Əliyev su anbarına su veriləcək

Birinci24 informasiya agentliyi xəbər verir ki, 2024-cü il ərzində Araz su anbarından Heydər Əliyev su anbarına suyun verilməsi layihəsi icra olunacaq. Bu məqsədilə yeni nasos stansiyasının və diametri 1200 mm olan 30 km uzunluğunda qoşa boru xəttinin tikintisi reallaşdırılacaq. Bununla bağlı tender proseduru artıq yekunlaşıb. Müvafiq miqdarda maliyyə vəsaitləri ayrılıb.

Bu su xəttinin çəkilməsi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək. Proqramın “Təfsilatlı Tədbirlər Planı” üzrə həm bu, həm də digər infrastruktur layihələrinin də maliyyələşdirilməsi üçün ilkin olaraq 44 milyon 680 min manat vəsait ayrılıb.

Bununla da, Naxçıvan şəhəri, Babək və Kəngərli rayonlarının əraziləri davamlı suvarma suyu ilə təmin ediləcək.

Qeyd edək ki, son illər mövcud quraqlıqlarla əlaqədar Heydər Əliyev Su Anbarına kifayət qədər su ehtiyatı toplanıla bilmirdi. Bu da xüsusən yay aylarında sözügedən rayonların içməli və suvarma su təminatında ciddi narahatlıqlar yaradırdı. Araz su anbarından yeni su xəttinin çəkilməsi bu ciddi problemi həll edəcək.

admin

Related Posts