Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Abutalıbovun oğlu İstanbulda tarixi binanın üstünə ev tikdi – Foto

Abutalıbovun oğlu İstanbulda tarixi binanın üstünə ev tikdi – Foto

Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Baş nazirin keşmiş müavini Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun İstanbulda tarixi binaların memarlıq xüsusiyyətlərini korladığı və bərpa işləri apardığı iddia edilir.

Birinci24.com-un Türkiyə mətbuatına istinadla məlumatına görə, vətəndaşlıq aldıqdan sonra Türkiyədə otellər alaraq tikinti fəaliyyətinə başlayan İsrafil Abutalıbov İstanbulun Fatih səmtində də bir çox mülklər əldə edib. 2017-ci ildə Küçükayasofya məhəlləsində qorunan ərazidə yerləşən və biri qismən Vəqf mülkiyyəti olan iki qeydiyyatdan keçmiş bina alan Abutalıbovun bərpa işləri çərçivəsində binalara qeyri-qanuni hissə əlavə etdiyi iddia edilir.

Məlumata görə, şikayət əsasında bina möhürlənsə də, tikinti davam edir.

“İstanbul Böyükşəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, Ekologiya və Şəhərsalma Nazirliyinə və Vəqflər Ümumi Müdirliyinə edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib. Lakin heç bir söküntü aparılmayıb”, – deyə qeyd olunur.

Prokurorluq da edilən şikayətə baxmayıb.

Editor

Related Posts