Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

462 meyit, 27 hərbi texnika – Rusiyanın bir günlük itkisi

462 meyit, 27 hərbi texnika – Rusiyanın bir günlük itkisi

Rusiya işğalçılarının Tavriçesk istiqamətində son 24 saat ərzində itkiləri 462 nəfər və 27 hərbi texnika təşkil edib.

B barədə “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri Aleksandr Tarnavski Telegram səhifəsində məlumat verib.

O qeyd edib ki, yanvarın 11-də işğalçılar Tavriya əməliyyat-strateji qoşun qrupunun əməliyyat zonasına hava zərbələri endirməyib. Düşmən 43 döyüş əməliyyatı, 547 artilleriya hücumu həyata keçirib:

“Eyni zamanda, ukraynalı döyüşçülər müdafiə xəttini möhkəm saxlayır və müəyyən istiqamətlərdə aktiv əməliyyatlar aparır.

Beləliklə, son 24 saat ərzində düşmənin ümumi itkisi 462 nəfər və 27 ədəd hərbi texnika təşkil edib. Söhbət 5 tank, 3 zirehli döyüş maşını, 2 artilleriya sistemi, 14 pilotsuz təyyarə və 3 avtomobildən gedir. Bundan əlavə, düşmənin iki sursat anbarı məhv edilib. Üç işğalçı təslim olub.

Rusiya silahlı qüvvələrinə müxtəlif qanuni və qanunsuz üsullarla cəlb edilən əmək miqrantları və əcnəbilərin əksəriyyəti maksimum 10 günlük silah təlimi keçir. Belə şəxslər arasında hücumlar zamanı itkilər çox böyükdür”.

Editor

Related Posts