Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Quzu əti niyə bahalaşıb? – Açıqlama

Quzu əti niyə bahalaşıb? – Açıqlama

“Son vaxtlar ən çox bahalaşan ərzaq mallarından biri də quzu ətidir. Bunun kökündə iki amil dayanır. Birincisi, quzu ətinin fermerdən alınıb-satılması ilə məşğul olanlar aldığı malın üzərinə daha çox pul qoyub qazanclarını artırmağa çalışır. Yəni, kəndlinin satdığı quzunun qiyməti artmayıb. Sadəcə olaraq, quzu ətini alıbsatan daha çox qazanc məqəsədilə onu bahalaşdırıb satır”.

Bunu millət vəkili Azər Badamov söyləyib.

O qe­yd edib ki, quzu ətini bahalaşdıran səbəblərdən biri də şəxsi təsərrüfatlarda xırda buynuzlu heyvanların saxlanılmasına marağın azalmasıdır:

“Xırda buynuzlu hevanların saxlanılması üçün örüş-otlaq sahələri vacibdir. Amma son illər bu sahələri daha çox əkin üçün istifadə edirlər. Bu da xırda buynuzlu heyvanların saxlanılması üçün çətinlik yaradır. O cümlədən örüş-otlaq sahələrinin azalması yem bazasını da azaldır və yemin qiymətinin artmasına gətirib çıxardır. Bütün bu məsələlər diqqətdə saxlanılmalı və torpaqların öz təyinatı üzrə istifadə olunması müvafiq dövlət qurumları tərəfindən araşdırılmalıdır. Yəni, torpaqlar öz təyinatına qaytarılmalı və heyvanların saxlanılması, artırılması üçün şərait genişləndirilməlidir. Bu, hazırda ən vacib məsələlərdən biridir”.

Editor

Related Posts