Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Marketlərdə 16 qəpiyə satılan yumurtanı xaricə 12 qəpiyə satırlar

Marketlərdə 16 qəpiyə satılan yumurtanı xaricə 12 qəpiyə satırlar

Ötən ilin ilk 10 ayı ərzində Azərbaycandan xarici ölkələrə 40 milyon 985 min ədəd toyuq yumurtası ixrac olunub.

Birinci24.com xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu hesabatda yer alıb.

Məlumat üçün bildirək ki, Azərbaycandan ixrac olunan yumurtanın bir ədədinin gömrük dəyəri 7 sent (12 qəpik) olub.

Müqayisə üçün bildirək ki, daxili bazarda satılan toyuq yumurtasının 1 ədədinin qiyməti 16 qəpiyə bərabərdir. Açıqlanan məlumatdan belə nəticəyə gəlmək olur ki, daxili bazarda satılan yumurtanın qiyməti xaricə satılan yumurtanın qiymətindən təxminən 33% bahadır.

Editor

Related Posts