Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ukraynada müharibədə həlak olan və itkin düşən azərbaycanlıların sayı məlum olub

Ukraynada müharibədə həlak olan və itkin düşən azərbaycanlıların sayı məlum olub

Ukraynada genişmiqyaslı müharibənin ilk günündən indiyə qədər həlak olan və itkin düşən azərbaycanlıların növbəti qeyri-rəsmi statistikası məlum olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, indiyədək Ukrayna Silahlı Qüvvələrinin milliyyətcə azərbaycanlı olan 38 hərbçisi həlak olub. Müharibə başladığı andan bu günə qədər isə ümumilikdə 135-ə yaxın azərbaycanlı həlak olub, 100-ə yaxın şəxs yaralanıb, 70-ə yaxını isə itkin düşüb. Onların əksəriyyəti uzun müddətdir Ukraynada yaşayan və bu ölkənin vətəndaşları olan azərbaycanlılardır.

Qeyd edək ki, rəqəmlər “Report”un özəl araşdırmasına əsasən qeyri-rəsmi statistikadır, say daha da çox ola bilər.

admin

Related Posts