Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Britaniya gəmisinə Yəmən sahillərində növbəti dəfə hücum olub

Britaniya gəmisinə Yəmən sahillərində növbəti dəfə hücum olub

Böyük Britaniya şirkətinə məxsus gəmiyə Yəmən sahillərində növbəti hücum olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, məlumatı Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yayıb.

Bildirilib ki, krallığın “Ambrey” şirkətinə Yəmən sahillərindən raket atılıb. Məlumata görə, gəmi Malta bayrağı altında üzürmüş. Hücum nəticəsində itkilərlə bağlı məlumat yayılmayıb.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Yəməndə husilərin 5 şəhərdə 60-dan artıq mövqeyini vurub, 70-dn artıq zərbə endirmişdi.

Xatırladaq ki, husilər Qırmızı dənizdə hərəkət edən xarici ölkələrə məxsus neft tankerləri və gəmilərinə hücum edib. ABŞ və krallıq həmin nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bu addımı atdıqlarını bildirib.

admin

Related Posts