Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şərurda mövsümün ilk yaşıllaşdırma aksiyası keçirilib

Son illər Şərur rayonunda tikinti, quruculuq və abadlıq işləri ilə yanaşı, yaşıllaşdırma tədbirləri bu qədim diyara gözəllik bəxş edir, yaşıl libasını daha da artırır. Bu il də rayonda yaşıllaşdırma tədbirlərinin keçirilməsi planlaşdırılır. Bu gün rayonda mövsümün ilk yaşıllaşdırma aksiyası keçirilib.

Aksiya iştirakçıları Gümüşlü-Şahbulaq kəndlərini birləşdirən 7 kilometrlik dağ yolunun kənarlarına 300 ədəd dibçəkdə yetişdirilən həmişəyaşıl ağac əkiblər. Bu məqsədlə çalalar qazılıb, əraziyə münbit torpaq və üzvi gübrə əlavə edilib, yol kənarlarına aqrotexniki qaydalar əsasında həmişəyaşıl dekorativ ağaclar əkilib.

Dağlıq ərazidə yol kənarlarına əkilən həmişəyaşıl ağacların suvarılması da müasir suvarma sistemlərinin hesabına həyata keçiriləcək. Bu məqsədlə aksiya keçirilən ərazidə damcılı suvarma sistemi qurulur.

Qeyd edək ki, Şahbulaq kəndi əsrarəngiz təbiəti, bulaqları, füsunkar təbiət mənzərələri ilə yüksək ekoturizm imkanlarına malikdir. Burada həyata keçirilən yaşıllaşdırma aksiyası bu baxımdan da mühüm əhəmiyyət kəsb edir.

admin

Related Posts