Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Ümumdünya Şahmat Olimpiadasında üçüncü tura yekun vurulub

16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında üçüncü tura yekun vurulub.

Bu turda “Azərbaycan-Naxçıvan” komandası Moldova komandası ilə üz-üzə gəlib. Komandamızın heyətində Nazlı Hümbətova Savva Sustova, Rza Həsənli isə Stanislav Çebotariyə məğlub olub. Rəcəb Abdullabəyli isə Viktoriya Barqan üzərində parlaq qələbə qazanıb. Hüseyn Seyid Aleksandr Barançiusla görüşdə ağ-qara taxtanı qələbə ilə tərk edərək hesabı bərabərləşdirib – 2:2. Yarışın favoriti “Azərbaycan-1” komandası bu turda Kuba komandasını sınağa çəkib. Çətin keçən görüş komandamızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Eyni uğura “Azərbaycan-Sumqayıt” komandası da imza atıb. Onlar İgiltərə komandası ilə görüşdə aktivlərinə qələbə yazdırmağa müvəffəq olublar – 2,5:1,5. “Azərbaycan-2” komandası isə eyni hesabla Latviya yığmasını məğlub edib – 2,5:1,5. “Azərbaycan-3” və “Azərbaycan-4” komandaları bu turu heç-heçə ilə başa vurublar. Belə ki, birincilər CAR-3-lə, ikincilər isə Monqolustan komandası ilə görüşlərdə şahmat taxtasını “sülh”lə tərk ediblər. Liderlər cədvəlində qərarlaşan İran və Hindistan komandaları 3-cü turda xal itkisi ilə üzləşiblər. Qonşu ölkənin təmsilçiləri “Gürcüstan-1” komandası ilə oyunda heç-heçəyə razılaşıblar – 2:2. Tejas Bakrenin kapitanı olduğu hindistanlılar isə “Qazaxıstan” komandasına 1,5:2,5 hesabı ilə məğlub olublar. Bu turda Türkiyə komandaları qarşılaşıblar. “Türkiyə-White” komandası “Türkiyə-Anatolia” komandası ilə qarşı görüşdə məğlubiyyət olub. – 1:3.

3-cü turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

“Türkiyə-Red” – “Özbəkistan-1”- 2,5:1,5

“Özbəkistan-2” – Meksika- 3:1

Qırğızıstan – Panama 3,5:0,5

Banqladeş – Malaziya 1:3

Şri-Lanka – “CAR-1”- 2,5:1,5

Kanada – Livan 2,5:1,5

Honk Honq – Misir 2:2

Gürcüstan-2 – “CAR-2” 1:3

Qeyd edək ki, hazırda turnir cədvəlinə “Azərbaycan-1”, “Qazaxıstan” və “Türkiyə-Red” komandaları 6 xalla başçılıq edir. “Azərbaycan-Naxçıvan” komandası isə 3 xalla 17-ci pillədə qərarlaşıb.

admin

Related Posts