“Bakının baş planı” adlı sənədin yalanı çıxdı

“Bakının baş planı” adlı sənədin yalanı çıxdı

“Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro stansiyasının inşası nəzərdə tutulmur”.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, artıq “Xocəsən” stansiyası istifadəyə verilib:

“Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Bu da nəzərə alınmalıdır ki, Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”.

Qeyd edək ki, yanvarın 8-də ictimaiyyətə açıqlanan Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Xırdalana metro xətti çəkiləcəyi açıqlanmışdı.

Editor

Related Posts