Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda hərbi qulluqçular seçki hüququ ilə bağlı maarifləndirilib

Naxçıvanda hərbi qulluqçular seçki hüququ ilə bağlı maarifləndirilib

Yanvarın 17-də Müvəkkil və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, tədbirlərdə Müvəkkil aparatının əməkdaşları Həsən Həsənov, Sadiq Babayev, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Elşən Orucov və müvafiq zastavaların şəxsi heyəti iştirak edib.

Tədbirləri giriş sözü ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Elşən Orucov açaraq qeyd edib ki, tədirlər planına uyğun olaraq sərhəd zastavalarında bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib və bugün keçirilən tədbir hərbi qulluqçuların seçki hüququ ilə bağlı maarifləndirilməsində xüsusi əhəmiyyətə malikdir.

Sonra Müvəkkil aparatının əməkdaşı Həsən Həsənov seçki hüququ və bu hüququn pozulmasına görə məsuliyyət barədə geniş məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar Müvəkkil aparatının əməkdaşları tərəfindən cavablandırılıb.

admin

Related Posts