Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Pakistan İranla qarşılıqlı etimad əsasında əməkdaşlığa hazır olduğunu açıqlayıb

Pakistan İranla qarşılıqlı etimad əsasında əməkdaşlığa hazır olduğunu açıqlayıb

Pakistan İranla qarşılıqlı etimad əsasında əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığında bildirib.

“Pakistan və İran arasında sıx qardaşlıq əlaqələrini vurğulayan xarici işlər naziri İslamabadın Tehranla qarşılıqlı etimad və əməkdaşlıq ruhu əsasında işləmək arzusunu ifadə edib”, – Pakistan XİN-in bəyanatında deyilir.

Cəlil Abbas Cilani onu da vurğulayıb ki, bu əməkdaşlıq ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətə əsaslanmalıdır.

Tərəflər həmçinin gərginliyi azaltmağa dair razılığa gəliblər.

admin

Related Posts