Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda hərbi qulluqçular seçki hüququ ilə bağlı maariflənib

Naxçıvanda hərbi qulluqçular seçki hüququ ilə bağlı maariflənib

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.

Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov və Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Vüsal Abdullayev giriş sözü ilə çıxış edərək birgə həyata keçirilən tədbirlərin hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsindəki rolundan danışıblar.

Sonra Müvəkkil aparatının əməkdaşı Həsən Həsənovun “Hərbi qulluqçuların seçki hüququ” mövzusunda çıxışı dinlənilib, seçki qanunvericiliyinə əsasən onların hüquqlarının təmin olunması qaydaları barədə tədbir iştirakçılarına məlumat verilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, Müvəkkil aparatının əməkdaşları tərəfindən hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

admin

Related Posts