Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Babəkdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Babəkdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Babək Rayon Mədəniyyət Sarayında 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə torpaqlarımız üğrunda canlarını fəda etmiş qəhrəman oğulllarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Tədbirdə Babək rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova bildirib ki, 1990-cı ilin 20 yanvarında Bakıda sovet qoşunlarının törətdiyi qanlı hadisələrdən 34 il keçir. 20 Yanvar faciəsi Azərbaycan torpaqlarının bütövlüyü, müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayət olmaqla bərabər, həm də müasir tariximizin qəhrəmanlıq səhifələrindən biri hesab olunur.

Çıxış edənlər o dövrün ictimai-siyasi proseslərinə diqqət çəkərək faciənin baş verməsi səbəblərindən, xalqımızın həmin ağır günlərdə birliyindən, insanların azadlıq mübarizəsindən, fədakarlığından söz açıblar.

Sonda “Qanlı Yanvar ”filminə baxış olub.

admin

Related Posts