Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qəzzada ölənlərin sayı 29,5 mini keçdi

Qəzzada ölənlərin sayı 29,5 mini keçdi

İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri 29,5 mindən çox insan həlak olub.

Birinci24.com “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatları Fələstin anklavının Səhiyyə Nazirliyi təqdim edib.

“Hazırda Qəzzada İsrail təcavüzünün qurbanlarının sayı 29 min 514 nəfərə çatıb”, – Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, həmin dövrdə anklavda 69 min 616 fələstinli yaralanıb.

Nazirliyin məlumatına görə, təkcə son 24 saat ərzində İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində 104 nəfər həlak olub, 160 nəfər yaralanıb.

“Əl Məyadin” telekanalı bildirir ki, dağıntılar altında və yollarda hələ də çoxlu cəsədlər var. İsrail ordusu təcili yardımların zərbə endirilən bölgələrə yaxınlaşmasına icazə vermir.

Editor

Related Posts