“Vaşinqton Qəzza zolağındakı vəziyyəti Fələstin əhalisinin soyqırımı hesab etmir”.
Birinci24.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Argentinanın xarici işlər naziri Diana Mondino ilə birgə mətbuat konfransında bildirib.
Amerika xarici siyasət departamentinin rəhbəri qeyd edib ki, soyqırım məsələsində ABŞ aylar və illərdir ki, uyğurlar, rohincalar və digərləri ilə bağlı mövqeyini açıq şəkildə bəyan edir:
“Eyni zamanda, bizim və başqalarının Qəzza məsələsində soyqırımdan söhbət getmədiyini aydınlaşdırmaq imkanı var idi, o cümlədən BMT Beynəlxalq Ədalət Məhkəməsində”.