Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsrail öldürülən üç girovun cəsədini geri qaytardı

İsrail öldürülən üç girovun cəsədini geri qaytardı

Xüsusi əməliyyat zamanı İsrail hərbçiləri Qəzza zolağından 22 yaşlı Almaniya vətəndaşı Şani Lukun da daxil olduğu üç ölü girovun cəsədini geri qaytarıb.

Birinci24.com xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Həqari danışıb.

Bildirilir ki, ölən digər iki girov 28 yaşlı Amit Buskila və 56 yaşlı İtzhak Gelernterdir. Həqarinin sözlərinə görə, hər üçü İsrailin cənubundakı Nova musiqi festivalında olub. Onlar HƏMAS terrorçularından Kibbutz Mefalsim istiqamətində qaçmağa çalışarkən öldürülüblər. Silahlılar onların cəsədlərini Qəzza zolağına aparıblar.

Həqari üç ölənin cəsədinin dəqiq harada tapıldığını açıqlamayıb.

Editor

Related Posts