Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əfqanıstanın iki əyalətində daşqınlar nəticəsində azı 68 nəfər ölüb

Əfqanıstanın iki əyalətində daşqınlar nəticəsində azı 68 nəfər ölüb

Əfqanıstanın şimal-şərqindəki Qor və Faryab əyalətlərində daşqınlar nəticəsində azı 68 nəfər ölüb.

Birinci24 informasiya agentliyi xəbər verir ki,bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.

Qor vilayətinin qubernatorunun nümayəndəsi Əbdül Vahid Həmas bildirib ki, daşqınlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla 50 nəfər həlak olub, itkin düşənlər var. Onun sözlərinə görə, təbii fəlakət böyük maddi ziyana səbəb olub, 2 minə yaxın ev dağılıb.

Çağçaran şəhərinin sakinlərindən biri “TOLOnews”a deyib ki, daşqınlar səbəbindən insanlar içməli su quyularından istifadə edə bilmirlər.

Öz növbəsində Faryab əyalətinin qubernatorunun nümayəndəsi bölgədə 18 nəfərin təbii fəlakətin qurbanı olduğunu qeyd edib.

Editor

Related Posts