Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

XİN İrana başsağlığı verdi

XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Birinci24.com xəbər verir ki, başsağlığı mesajı qurumun “X” sosial şəbəkə hesabında dərc olunub.

“Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi. Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu acı gündə Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə həmrəydir”, – deyə dərc olunan məlumatda bildirilir.

Editor

Related Posts