Türkiyədə məzuniyyət mərasimində şarlar partladı – 10 şagird yaralandı

Türkiyədə məzuniyyət mərasimində şarlar partladı – 10 şagird yaralandı

Mərkəz Şahinbəy mahalının Mavikent səmtindəki Ayıntap Anadolu Liseyində buraxılış mərasimi keçirilib.

Birinci24.com “TRT Haber”ə istinadən xəbər verir ki, mərasim zamanı heliumla doldurulmuş şarlar bilinməyən bir səbəbdən partlayıb.

Bildirilir ki, partlayış nəticəsində 10 şagird bədənlərindən yanıq xəsarətləri ilə Qaziantep Şəhər Xəstəxanasına aparılıb.

Şagirdlərin səhhəti yaxşıdır.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Editor

Related Posts