Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir?

Azərbaycanda doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir?

Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin doqquzuncu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb. 

Birinci24.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yer alıb. 

Həmin xəbərlərdə artıq yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub. 

Məlumata görə, azyaşlı qız imtahanlarda yüksək nəticə göstərib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, məsələ artıq nəzarətə götürülüb. 16 yaşı tamam olan şəxs hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır. 

Qeyd olunub ki, nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı yeniyetmənin valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib. 

Editor

Related Posts