Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Müəllim atasının il mərasimində qətlə yetirilibmiş – Video

Müəllim atasının il mərasimində qətlə yetirilibmiş – Video

Mayın 27-si Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Əhmədova Natavan Mövləddin qızı odlu silahdan açılan atəşdən qətlə yetirilib və cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

Birinci24.com xəbər verir ki, Natavan Əhmədova atasının il mərasimində güllələnib.

35 yaşlı Nurlanın 44 yaşlı bacısını aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə öldürdüyü deyilir.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, N. Əsgərov narkotik istifadəçisi olub və əvvəllər məhkumluq həyatı yaşayıb. O, məhkumluğu olduğundan üzərində elektron qolbaq daşıyırmış.

Nurlan Əsgərovun yaxınlarının sözlərinə görə, o, son vaxtlar əsəb sistemində yaranan problemlərə görə dərmanlar içirmiş.

Editor

Related Posts