Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

“ABŞ Ermənistan, Moldova və Ukrayna MN-ə hərbi müşavir göndərib” – KİV

“ABŞ Ermənistan, Moldova və Ukrayna MN-ə hərbi müşavir göndərib” – KİV

“Amerika hərbi məsləhətçiləri Ermənistan, Moldova və Ukraynanın müdafiə nazirliklərinə, eləcə də bu dövlətlərin hakimiyyət orqanlarının tələbi ilə Balkan ölkələrinə göndərilib”.

Birinci24.com xəbər verir ki, bu barədə “Intelligence Online” internet portalı məlumat yayıb.

İddia olunur ki, amerikalı müşavirlər departamentləri Amerika qüvvələri ilə uyğunlaşdırmalı və Rusiya modelindən uzaqlaşdırmalıdırlar, çünki bu ölkələrin səlahiyyətliləri guya Moskvanın təsir orbitindən çıxmaq istəyirlər.

Nəşr qeyd edir ki, özəl qurum tərəfindən həyata keçirilən bu mülki-hərbi əməliyyat son nəticədə islah edilmiş ordular üçün gələcək satınalmaların hazırlanmasına kömək edəcək.

Editor

Related Posts