İranda bir müddət öncə Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.
22 yaşlı Məhsanın ölümünə səbəb başından və həyati vacib orqanlarından aldığı zərbələr olmayıb.
Tibbi ekspertizanın yaydığı məlumata görə, o, 8 yaşı olduqda beynindən əməliyyat olunub. Belə ki, Məhsa sentyabrın 13-ü huşunu itirib və yerə yıxılıb. Onun ürək ritmi pozulub və qan təzyiqi enib. Həmin dəqiqələrdə ona edilən qeyri-effektiv ürək-tənəffüs reanimasiyası onun beynində oksigen çatışmazlığına səbəb olub. O, orqan çatışmazlığından dünyasını dəyişib.
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun adrınca ölkədə kütləvi etirazlar başlayıb.