Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Pençe-Kilit”: 2022-ci ildə Şimali İraqda Türkiyənin PKK-ya qarşı əməliyyatlarının qiymətləndirilməsi

“Pençe-Kilit”: 2022-ci ildə Şimali İraqda Türkiyənin PKK-ya qarşı əməliyyatlarının qiymətləndirilməsi

Şimali İraq daxilində PKK terrorçularına qarşı Türkiyənin hərbi əməliyyatları 1990-cı illərdən bəri böyük, ağır, az təsirli hücumlardan daha dəqiq zərbələr və basqınlarla yarı daimi yoxlama əməliyyatlarının kombinasiyasına çevrildi. Böyük ölçüdə türk PUA-ları və Kürdüstan Regional Hökuməti (KRG) ilə artan siyasi koordinasiya ilə asanlaşdırılan bu dəyişiklik Ankaraya PKK-ya qarşı əməliyyatların əksəriyyətini Türkiyə torpaqlarından kənara və İraqdakı PKK bazalarına yaxınlaşdırmağa imkan verdi. Suriyadakı analoji əməliyyatlarla birlikdə bu irəliləmə strategiyası Türkiyə ordusu və təhlükəsizlik qüvvələrinə Türkiyə və ABŞ tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın rəhbər kadrlarına təzyiq göstərib və təşkilatın sayını əhəmiyyətli dərəcədə azaldıb. Türkiyə PKK-ya qarşı əməliyyat öldürücülüyünü təxminən üç dəfə artırıb.

“Pençe” Əməliyyatlar Seriyası

Türkiyənin İraqdakı əvvəlki əməliyyatları, o cümlədən “Polat” (1995), “Çekiç”, “Şafak” (1997), “Güneş” (2008) və daha kiçik, adı açıqlanmayan əməliyyatlar, adətən, ibtidai hədəf kəşfiyyatına əsaslanan böyük, lakin qısamüddətli yerüstü hücumları və geniş miqyaslı hava hücumlarını əhatə edirdi. Bu əməliyyatlar PKK-nın Türkiyəyə hücumlarını müvəqqəti dayandırsa da, nə Türkiyə ərazisinin təhlükəsizliyini təmin etdi, nə də PKK-nın İraqda hərəkət azadlığını əhəmiyyətli dərəcədə aşağı saldı. ABŞ-ın İraqa Azadlıq Əməliyyatı (2003) və İraqda İŞİD ilə mübarizə kampaniyasından (2014-cü ildən sonra) sonra PKK-nın İraq-Türkiyə sərhədi boyunca nəzarət və fəaliyyəti artdı və bu, Ankaranı əməliyyat yanaşmasını və Yaxın Şərq Siyasətini yenidən nəzərdən keçirməyə vadar etdi.

Yeni yanaşma sabit və müvəqqəti yerləri davamlı müşahidə və PUA zərbələri ilə birləşdirdi, təxminən 5000-10000 türk əsgəri təxminən otuz müxtəlif bölgəyə səpələndi. Bu yanaşma PKK-nın Türkiyəyə qarşı hücumlarını əngəllədi, eyni zamanda İraqın Qəndildəki PKK qərargahları ilə Suriyanın şimal-şərqindəki bazaları arasında gediş-gəlişi əngəllədi. Eyni zamanda, bu, türk qüvvələrinə PKK obyektlərinə, kiçik birliklərə və liderlərə zərbə endirməsini daha effektiv şəkildə izləmək imkanı verdi.

İraqın şimal-şərqindəki Hakurk bölgəsindəki mağaralara, anbarlara və marşrutlara yönəlmiş 2019-cu ilin may ayında 1-ci “Pençe” ilə başlayan yeni əməliyyat konsepsiyasına uyğun olaraq “Pençe” adlı bir sıra əməliyyatlar başladıldı. Seriyadakı digər əməliyyatlara aşağıdakılar daxildir:

Yay 2019: “Pençe 2” və “Pençe 3” Sinat-Haftanin də daxil olmaqla İraqın dərinliklərini hədəf alır.

Yay 2020: “Pençe Kartal” (hava hücumları) və “Pençe Kaplan” (quru qoşunları).

Fevral 2021: “Pençe Kartal 2”, hava hücumları və Qara silsiləsində girovların xilas edilməsi əməliyyatı.

Yay 2021: “Pençe Yıldırım” (Metina bölgəsi) və “Pençe Şimşek” (Avaşin-Basyan bölgəsi) hücumların təşkili, logistika, nəqliyyat və təlim üçün istifadə edilən PKK mağara komplekslərinə qarşı təmizləmə əməliyyatları.

“Pençe” seriyası PKK-nın manevr azadlığını məhdudlaşdırmağa, Türkiyə ərazisini PKK-ya sızma və hücumlardan qoruyan bufer zonanın yaradılmasına, PKK-nın Türkiyə qüvvələrinə və ərazisinə qarşı hücumlar təşkil etmək məqsədilə İraq ərazisindən istifadəsinə qarşı sərt tədbirlər görülməsi üçün Ərbil və Bağdada təzyiq göstərməyə nail olub. Bundan əlavə, “Pençe” PKK üçün əvvəllər təhlükəsiz sığınacaq hesab edilən ərazilərə dərindən çata bilən bazalar və əməliyyatlar şəbəkəsi qurub. İyun ayı üzrə Türkiyənin rəsmi rəqəmləri “Pençe” seriyasını 1130 PKK terrorçusunu zərərsizləşdirən, Türkiyə sərhədlərinin təhlükəsizliyini yaxşılaşdıran və PKK-nın maddi-texniki imkanlarına ciddi ziyan vuran yüzlərlə taktiki döyüşlərdən ibarət olduğunu təsvir edir.

“Pençe-Kilit” əməliyyatı

“Pençe-Kilit” əməliyyatı aprelin 18-də başladı. Əsas hücum PKK-nın İraqdakı əməliyyat mərkəzinə, o cümlədən Metina mağara kompleksləri və zirzəmilərinə komando və Xüsusi Təyinatlıların desantları ilə gücləndirilmiş hava və artilleriya zərbələri idi. İyulun sonuna qədər Türkiyə Müdafiə Nazirliyi PKK-nın 289 döyüşçünün zərərsizləşdirildiyini və 330 mağara və bunkerin məhv edildiyini hesablayıb.

Hərbi əməliyyatla yanaşı, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) özündə yüksək səviyyəli sahə və siyasi liderləri əhatə edən Yüksək Dəyərli Hədəflərə (HVTs) qarşı uzaqdan izləmə və hava hücumları həyata keçirib. İyulun sonuna qədər MİT Suriya və İraqda fəaliyyət göstərən 25 hədəfi sıradan çıxararaq ən azı 22 zərbə endirib. MİT bu əməliyyatları Türkiyə torpaqlarında törədilən terror hücumlarında əli qana bulaşmış terrorçulara qarşı həyata keçirir. Daxili İşlər Nazirliyinin qüvvələri, xüsusən də Jandarmalar Türkiyə daxilində sərhəd xarici əməliyyatları tamamlayan əməliyyatları icra etməyə davam edir. Buna misal olaraq hazırda Diyarbəkir yaxınlığında davam edən və Türkiyə torpaqlarında PKK-nın qalıq elementlərini təmizləmək məqsədi daşıyan “Eren Abluka 28” əməliyyatını göstərmək olar.

Nəticə

Ankaranın “Pençe” kampaniyasında işləkləşdiyi irəliyə doğru strategiyası PKK-nı sahədə ciddi təzyiqə məruz qoyub, lakin bütün bunlar şəhidlər bahasına başa gəlib. İnsan dəyərinə Türkiyə dövlət təhlükəsizlik qüvvələri arasında tipik əməliyyatlar zamanı təxminən on şəhid və daha çox yaralanma daxildir. Habelə “Pençe” əməliyyatlarının maliyyə dəyəri ümumi müdafiə və təhlükəsizlik xərclərinin artmasına səbəb olub.

Bununla belə, Türkiyə ictimaiyyəti əməliyyatları ehtiyatlı və zəruri hesab etdiyindən, daxili siyasi xərclər az olub. İranla və vaxtaşırı Bağdad və Ərbillə regional gərginlik artıb. 2022-ci ilin iyulunda İraqın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının təcili iclasında bütün türk qüvvələrinin İraqdan çıxarılmasını tələb etdi. Lakin təqdim edilən dəlillərin azlığı, Türkiyənin birgə təhqiqat təklifi və Bağdadda yeni siyasi böhran əlavə addımları çətinləşdirdi.

Ümumilikdə, xərclərin heç biri Türkiyənin milli sərhədləri daxilində daha çox təhlükəsizliyin, PKK ilə döyüşən elementlər arasında itkilərin və nizamsızlığın, PKK liderlik səviyyələri arasında qorxu və pozğunluğun faydalarından üstün deyil. Türkiyə ordusu, kəşfiyyatı və daxili təhlükəsizlik qüvvələri yeni texnologiyalar, əməliyyat konsepsiyaları və əməkdaşlıq tənzimləmələrini birləşdirən daha əhatəli strategiya vasitəsilə PKK kampaniyasını əsasən Türkiyə torpaqlarından kənarda və PKK-nın tranzit və baza ərazilərinə qarşı aparırlar.

Editor

Related Posts