Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Güllə atıcılığı üzrə ustad dərsi təşkil olunub

Bakıdan dəvət olunan mütəxəsis tərəfindən Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının bələdçi və idmançıları üçün ustad dərsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının bələdçi və idmançılarının iştirak etdiyi ustad dərsi Azərbaycan Atıcılıq Federasiyası idarə heyətinin üzvü, güllə atıcılığı üzrə Azərbaycan seçmə komandasının üzvü, peşəkar məşqçi-müəllimi Rəsul Məmmədov tərəfindən aparılıb.

Mütəxəssis güllə atıcılığında daha çox yol verilən səhvlər, xətalar, idmançıların və bələdçilərin yarış zamanı qarşılaşacaqları çətinliklər, peşəkar güllə atıcılarında tələb olunan keyfiyyətlər barədə ətraflı məlumat verib, təcrübələrini bölüşüb.

Sonra ustad dərsi Şərur Rayon Atıcılıq Mərkəzinin bazasında praktiki olaraq davam etdirilib. Mütəxəssis idmançılara güllə atıcılığı üzrə bir sıra vacib məsələləri əyani şəkildə izah edib.

Sonda tədbir iştirakçıları ustad dərsində əldə etdikləri bilikləri atışlar vasitəsilə praktiki icra ediblər.

admin

Related Posts