Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aİ Belarusa qarşı da sanksiyaları genişləndirdi

Aİ Belarusa qarşı da sanksiyaları genişləndirdi

Avropa İttifaqı (Aİ) daha əvvəl Moskvaya qarşı tətbiq etdiyi bəzi iqtisadi sanksiyaları Minskə qarşı da tətbiq edib.

Birinci24.com xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

“Bu kompleks tədbirlər Rusiyaya qarşı artıq qüvvədə olan bəzi məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsinə və bununla da Rusiya və Belarus iqtisadiyyatları arasında mövcud olan yüksək inteqrasiyadan irəli gələn sanksiyalardan yayınma probleminin həll edilməsinə xidmət edir”, – deyə məlumatda qeyd edilib.

Belarusa qarşı sanksiyalar ticarət, xidmət və nəqliyyat sahələrində tətbiq edilir. Bundan əlavə, məhdudiyyətlərə Rusiya və Belarusla bağlı məhdudiyyətlərdən yayınmaya qarşı tədbirlər də daxildir.

Editor

Related Posts