Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Türkiyə sülh prosesində vasitəçi ola bilər” – Ərdoğan

“Türkiyə sülh prosesində vasitəçi ola bilər” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçıları sammitində iştirakı çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Birinci24.com xəbər verir ki, görüş sammitin keçirildiyi Walter E. Konqres Mərkəzində keçirilib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, kəşfiyyat rəhbəri İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç iştirak ediblər.

Ukrayna-Rusiya müharibəsinin gedişi, regional və qlobal məsələlərin müzakirə edildiyi görüşdə Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini ədalətli sülh yolu ilə bitirmək üçün səylərini davam etdirdiyini, Qara dənizdə taxıl təşəbbüsünün yenidən canlandırılması üçün işlərə başladığını bildirib.

Ərdoğan həmçinin Türkiyənin sülhə zəmin yaratmaq üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüsə hazır olduğunu bildirib.

Editor

Related Posts