Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mask Trampa sui-qəsd cəhdinə görə ABŞ Məxfi Xidmətini günahlandırdı

Mask Trampa sui-qəsd cəhdinə görə ABŞ Məxfi Xidmətini günahlandırdı

İlon Musk ABŞ Məxfi Xidmətini keçmiş prezident Donald Trampın mitinqində təhlükəsizliyini təmin etməməkdə ittiham edib.

Birinci24.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında bildirib.

“Məxfi Xidmət günahkardır. Nöqtə”, – deyə Mask platforma istifadəçilərindən birinin yazısına reaksiya verərəkən qeyd edib.

Belə ki, bloger “New York Post”un xəbərindən bir parçaya istinad edərək, Məxfi Xidmətin yerli polisi mitinqdə təhlükəsizliyi təmin etməməkdə ittiham etdiyini bildirib. Mask isə buna cavab olaraq mitinqdə təhlükəsizliyin təmin edilməməsində birbaşa Məxfi Xidmətin günahkar olduğunu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Mask Məxfi Xidmətin rəhbərini və Trampın təhlükəsizlik üzrə rəisini istefaya çağırmışdı.

Editor

Related Posts