Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Eldarın heç dünya-aləm vecinə deyil” – Avroviziya uğursuzluğunun səbəbini özü izah etdi

“Eldarın heç dünya-aləm vecinə deyil” – Avroviziya uğursuzluğunun səbəbini özü izah etdi

Avroviziyada təmsilçimizin musiqi prodüseri Eldar Qasımov ilk dəfə ünvanına yazılan tənqidlərdən danışıb.

Birinci24.com olay-a istinadla xəbər verir ki, bu barədə o, “Özəl” verilişində söz açıb. 

“Bu müsabiqədir. Ya udursan, ya da uduzursan. Buna təbii, sağlam yanaşmalısan. Nə qədər uğur qazansan, hər kəs öz payını götürəcək. Uğursuzluq əldə edəndə hər kəs daşlayırlar. Bunlara fikir vermək lazım deyil.

Nigardan soruşanda cavab verirdi ki, Eldarın heç dünya-aləm vecinə deyil. Belədir. 2 ildir söz yazarı və bəstəkarlara müraciət edirik. 10 ildir xaricidən nəsə alırıq, hər şey göstərdik. Həm Qərbi, həm Şərqi, musiqiyə necə bələd olmağımızı… İlk 5 yeri də tutduq”.

Qeyd edək ki, Azərbaycan sözügedən müsabiqədə 2 ildir finala keçid edə bilmir. Builki təmsilçilərimiz Faxree (Fəxri İsmayılov) və İlkin Dövlətovun yarımfinaldan finala keçə bilməməsindən sonra Eldar tənqid olunub, hətta onun istefası üçün kampaniya başladılıb.

Editor

Related Posts