Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

KİV: İsrail Qəzzada məktəbə zərbə endirib – 20 nəfər həlak olub

KİV: İsrail Qəzzada məktəbə zərbə endirib – 20 nəfər həlak olub

İsrail Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsində yerləşən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbini atəşə tutub.

Birinci24.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, zərbə nəticəsində azı 20 nəfər həlak olub, onlarla insan yaralanıb.

Qeyd edilir ki, hücuma məruz qalan binada minlərlə məcburi köçkün yaşayıb.

Editor

Related Posts