Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aygün Kazımova:”Elə-belə Xalq artisti deyiləm ki…”

Aygün Kazımova:”Elə-belə Xalq artisti deyiləm ki…”

“Heç düşünə bilərdiniz ki, o toy səhnəsindən belə bir toy səhnəsinə gəlib çıxaq? Hərə bir yerə aparır, mən də bura gətirdim. Toy səhnəsi ilə bağlı daha gözəl fikirlər var. Yeni mövsüm daha gözəl bir proqramla çıxacağıq. “Stop” yoxdur, daha da yuxarı qalxacağıq”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “İncə səhər” səhər verilişində deyib. Pop kraliça uğurlarından danışıb:

“Səhnəyə gələndə peşəkarların həyatını oxuyur, yaradıcılığı ilə tanış olursan. Hərənin bir sevdiyi olur. Öndəgedən, göstərici, pərformans mütləq olmalıdır ki, baxıb irəliləyəsən. Ruhlandıran insan olur. Bugünə qədər elə insanlar var ki, peşəsində çox istedadlıdırlar. Onlardan öyrənməyə çalışıram ki, yolu necədir? Mən fitri istedadı olan, bu işin mükəmməlini bilənlərə baxıb, təcrübə qazanmışam”.

Kazımova “Artistəm də.. Elə belə Xalq artisti deyiləm ki… Yapışmayan şeylər yapmacıq qalır. İnsan özü olanda enerjini ötürür. Yapmacıqlar elə-belə enerji göndərir. Orijinal olanda sən də yaxşı enerji göndərirsən” sözlərini əlavə edib.

Editor

Related Posts