Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gülüstan Əliyeva:”Trendi o qədər hörmətsizləşdiriblər ki…”

Gülüstan Əliyeva:”Trendi o qədər hörmətsizləşdiriblər ki…”

“Trendi o qədər hörmətsizləşdiriblər ki… Pul qoyub, sabaha 3,5 milyon izlənmə yığırlar. Onlar trendi hörmətsizləşdirdilər. trend dünyada bir göstəricidir, addır. Göstəricidir ki, sən yaxşıların yaxşısısan. istəmirəm trendə düşüm”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva “Xəbərin var?” proqramında deyib. Müğənni trend olan mahnılardan danışıb:

“Trendəkilərin içində olmaq istəmirəm. Əlbəttə, şou-biznesdə layiqliləri var. trendə düşürlər, həqiqətən baxış sayı yığırlar. Amma elələri də var ki, bilirsən onun içində o yoxdur. Bizim şou-biznesdə elə nümayəndələrimiz var ki, trend sırasındadır: Aygün Kazımova. Divadır, onu gözəl xanım, insan kimi sevmişəm. Ona hər zaman baxırdım, o vaxt elə geyimi heç kim geyinə bilməzdi. Elə şouları göstərməyə kiminsə hünəri çatmazdı. Ona görə də trenddə yer onundur. Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Röya Ayxanın yeridir trend”.

Editor

Related Posts