Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı – Yenilənib

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı – Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

Birinci24.com xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Qarabağ” ilk oyununa Cəbəllütariqdə çıxacaq.

Qurban Qurbanovun komandası yerli “Linkoln”la qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Linkoln” – “Qarabağ”

Baş hakim: İştvan Vada

“Viktoriya” stadionu.

***

Komandaların start heyətləri açıqlanıb:

“Linkoln”: 1. Nauset Santana, 6. Bernardo Lopes, 10. Andre Tjey de Barr, 11. Culian Valerino, 15. Rafael Munyos, 18. Toni, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent

Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas

“Qarabağ”: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo

Ehtiyat oyunçular:  1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov,  30. Abbas Hüseynov,  2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica

***

Matç başladı.

***

“Qarabağ” 45+2-ci dəqiqədə hesabı açdı. Juninyo adını tabloya yazdırır – 0:1.

***

İkinci hissə başladı.

***

Toral Bayramovun 75-ci dəqiqədə vurduğu qolla “Qarabağ” hesabı 2:0 edir.

Matç Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatdı. 

Editor

Related Posts