Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gürcüstanda İvanişviliyə qarşı terror aktı ilə bağlı araşdırma aparılır

Gürcüstanda İvanişviliyə qarşı terror aktı ilə bağlı araşdırma aparılır

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə və partiyanın digər yüksək vəzifəli şəxslərinə qarşı terror aktının hazırlanması ilə bağlı cinayət işini araşdırır.

Birinci24.com xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, məhkəmə bir neçə gündür ki, bu iş üzrə insanları dindirir. Dindirilənlərin əksəriyyəti Ukraynada döyüşmüş şəxslərdir.

“İmedi”nin məlumatına görə, cəmi bir neçə gün ərzində Dövlət Təhlükəsizlik Xidməti 8 nəfəri dindirib.
İşlə bağlı dindirmələr davam edir.

Editor

Related Posts