Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan səfiri İran XİN-də görüşlər keçirib

Azərbaycan səfiri İran XİN-də görüşlər keçirib

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşlər keçirib.

Birinci24.com xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyinin “X” hesabında məlumat dərc olunub.

Bildirilib ki, görüşlər zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycan və İran arasında aparılmış danışıqlar nəticəsində iyulun 15-də ölkəmizin Tehrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb.

Editor

Related Posts