Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xəyanətə görə canına qıyan Vüsalənin intiharında yeni detallar

Xəyanətə görə canına qıyan Vüsalənin intiharında yeni detallar

Ötən gün Bakıda özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edən Vüsalə Dadaşova ilə bağlı yeni məlumatlar yayılıb.

Bu barədə danışan V.Dadaşovanın qohumları bildiriblər ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət ediblər.

Mərhumun yaxını Arzu Əliyeva isə qeyd edib ki, Vüsalə Dadaşovanın öldüyü gün onu dərhal dəfn ediblər:

“Ekspertizaya icazə verməyiblər. Uşaqlarına da öyrədiblər ki, analarının pəncərəni silərkən yıxılıb öldüyünü desinlər. Atası yaşlı və çarəsizdir, kömək edəni yoxdur”.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü V.Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb. O özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.

Editor

Related Posts