Qəzzada son 24 saatda 39 fələstinli öldü

Qəzzada son 24 saatda 39 fələstinli öldü

İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində ən azı 39 fələstinli ölüb, daha 93 nəfər yaralanıb.

Birinci24.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, ötən il oktyabrın 7-dən indiyədək İsrailin hücumları nəticəsində ölənlərin sayı 39 min 363, yaralananların sayı isə 90 min 923 nəfərə yüksəlib.

Nazirliyin məlumatına görə, bəzi yaralılar hələ də dağıntılar altındadır və təcili yardım və mülki müdafiə qrupları onlara çata bilmir.

Editor

Related Posts