Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğan: “Biz güclü olmalıyıq ki, İsrail Fələstinə bu dəhşətli hərəkətləri etməsin”

Ərdoğan: “Biz güclü olmalıyıq ki, İsrail Fələstinə bu dəhşətli hərəkətləri etməsin”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə müdaxilənin mümkünlüyünü bəyan edib.

Birinci24.com xəbər verir ki, bu barədə iyulun 28-də AKP-nin Rizə şəhərində keçirilən iclasında Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə yaxın keçmişdə Liviya və Qarabağda olduğu kimi İsrailə girə bilər.

“Biz güclü olmalıyıq ki, İsrail Fələstinə bu dəhşətli hərəkətləri etməsin. Qarabağa girdiyimiz kimi, Liviyaya girdiyimiz kimi, onlarla da eyni şeyi edə bilərdik. Bunu edə bilməməyimiz üçün heç bir səbəb yoxdu”, – deyə Ərdoğan qeyd edib.

Ancaq Türkiyə Prezidenti İsrail məsələsinə hansı müdaxilənin nəzərdə tutulduğunu açıqlamayıb.

İsrailin xarici işlər naziri İsrael Katz isə cavabında deyib ki, Ərdoğan İsraili hücumla hədələyərək Səddam Hüseynin izinə düşüb:

“Sadəcə orada nə baş verdiyini və bunun necə bitdiyini xatırlasın”.

İyulun 27-də İsrailin “Colan təpələri”ndəki Məcdəl Şəms kəndinə atılan raket futbol meydançasına düşüb, 12 uşaq və yeniyetmə həlak olub.

İsrail Müdafiə Qüvvələri zərbənin İran raketi ilə həyata keçirildiyini və hücumun arxasında Livan “Hizbullah”ının olduğunu bildirib.

Ağ Ev “Colan təpələri”nə hücumda Hizbullahı da günahlandırıb.

İsrailin Baş naziri Benyamin Netanyahu “Colan təpələri”nə hücuma reaksiyasını hazırlamaq üçün iyulun 28-də axşam öz hərbi kabinetinin iclasını keçirib.

İclasdan sonra kabinet üzvləri Baş nazirə və müdafiə nazirinə Hizbullaha qarşı “cavabın proseduru və vaxtı barədə qərar vermək” səlahiyyəti verib.

Editor

Related Posts